Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxıstanda sərt karantin rejiminin müddəti daha iki həftə uzadılıb

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş sərt karantin rejiminin müddəti daha iki həftə uzadılıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev hökumətin iclası zamanı qərar verib.

Qeyd edək ki, hazırkı karantin müddəti avqustun 2-də başa çatmalı idi.

Qazaxıstanda sərt karantin rejimi iyulun 5-dən etibarən tətbiq edilib. Bu müddət şəhərlərarası avtobus səfərləri dayandırılıb, şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb, kütləvi tədbirlər, eləcə də qapalı bazarların, gözəllik salonlarının, kinoteatrların və dini obyektlərin fəaliyyəti qadağan edilib.

Bu günədək Qazaxıstanda 86 mindən çox yoluxma qeydə alınıb, 793 nəfər ölüb.

Loading...

www.yenicag.az

314
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100