“Qəbələ” növbəti mərhələdə

media-hightechnic-468x90

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının I mərhələsində cavab oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Emin İmaməliyevin baş məşqçilik etdiyi kollektiv Moldovada “Şerif”lə üz-üzə gəlib.

Tiraspolda təşkil olunan qarşılaşma “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Doğma meydandakı görüşdə rəqibi ilə 1:1 hesablı heç-heçə edən “qırmızı-qaralar” bu nəticədən sonra növbəti mərhələyə yüksəlib.

“Qəbələ”nin heyətində Samir Qurbanov 43 və 62-ci dəqiqələrdə fərqlənib. 63-cü dəqiqədə isə meydan sahiblərinin futbolçusu Vadim Dijinari avtoqol müəllifi olub. “Şerif”in yeganə qoluna isə 53-cü dəqiqədə Vsevolod Nihayev imza atıb.

Qeyd edək ki, “Qəbələ” II mərhələdə “Lex” (Polşa) – “Herta” (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa