!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ”dən əzmkar qələbə, "Neftçi" yenə uduzdu

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış oyununda “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib. Mərkəzi oyunda hesabı qonaqlar açıblar. Amma fasilədən sonra daha üstün oyun sərgiləyən meydan sahibləri iki qol vuraraq bu oyundan əzmkar qələbə ilə ayrılıblar.

Günün digər oyununda “Sumqayıt”la “Neftçi” ilə üz-üzə gəlib. Paytaxt klubu səfər oyunundan məğlubiyyətlə ayrılıb.

Azərbaycan Premyer Liqası
16-cı tur
17 fevral

“Qəbələ” – “Zirə” 2:1
Qol: Stiven Monroz, 56. Baqali Dabo, 64 – Aleksandr Dedov, 39.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
Qəbələ şəhər stadionu.

“Sumqayıt” – “Neftçi” 2:0
Qol: Tural Axundov, 13-pen. Amil Yunanov, 17.
Qırmızı vərəqə: R.Sadiqov, 60.
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov.
Sumqayıt. “Sumqayıt Arena”.

www.yenicag.az

1730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv