“Qəbələ”nin avtobusu daşa basıldı

media-hightechnic-468x90

AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırıb.

Yenicag.az xəbər verir ki, buna “Qəbələ” ilə Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra yerli azarkeşlərin qonaq komandanın avtobusunun şüşələrini sındırması səbəb olub. Bu hadisə “qırmızı-qaralar”ın Gəncə şəhər stadionunun ərazisini tərk etdikləri vaxt baş verib.

“Kəpəz” “Qəbələ”nin təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib. Bundan başqa Gəncə klubu qonaq komandaya dəymiş ziyana uyğun olaraq təqdim ediləcək hesab əsasında ödəniş edəcək.

Qeyd edək ki, oyun “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa