Qənirə Paşayeva “Haber Türk”də-Video
Millət vəkili Qənirə Paşayeva Türkiyədə “Haber Türk”ün qonağı olub.
Q.Paşayeva televiziya efirindən Xocalı soyqırımı ilə bağlı məlumat verib, ermənilərin dinc azərbaycanlılara qarşı tətbiq etdikləri dəhşətli vəhşilikdən danışıb.
Millət vəkili qeyd edib ki, Ermənistan rəhbərliyi və bu hadisəni törədənlər ədalət mühakiməsi qarşısına çıxarılmalıdır: “Həmin an reallaşmayana qədər bu istiqamətdə mücadiləmizi davam etdirəcəyik. Faciəni törədənlərin cavab verməsi hamımız üçün çox önəmlidir”.
Q.Paşayeva qondarma “ermən soyqırımı” iddialarına da münasibət bildirib və qeyd edib ki, bu, Ermənistan tərəfindən ortaya atılan iftiradır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə birgə olaraq ermənilərin bu yalanlarını ifşa edir və edəcək: “Türk milləti tarixdə heç kimə qarşı qətliam törətməyib. Bunu faktlarla sübut etməyə hazırıq”.
Q.Paşayevin açıqlamalarına daha ətraflı videosüjütdə tanış olmaq olar:(a24.az).