Qənirə Paşayeva prezidentlə görüşdü

media-hightechnic-468x90

D8TPBM5Millət vəkili Qənirə Paşayeva İranın vitse-prezidenti Şahindokht Molaverdiyə Azərbaycan həqiqətlərindən danışıb. Bu barədə dünən Qənirə Paşayeva özünün facebook səhifəsində məlumat verib. bununla bağlı belə yazıb. O, qeyd edib ki, İranın vitse-prezidenti Şahindokht Molaverdi ilə Dünya Qadın Zirvə toplantısında görüşüb və maraqlı söhbət edib:

“Azərbaycan dilində çox gözəl danışan xanım Molaverdi Urmiya bölgəsi tərəflərdə doğulub. Hüquq təhsili ilə bərabər, elm və özəlliklə qadın məsələləri ilə geniş məşğul olub. Və prezident Həsən Ruhani seçildikdən sonra vitse-prezident təyin olunub. Çox maraqlı söhbətimizin sonunda inşallah gələn dəfə Azərbaycanda görüşərik dedim və Azərbaycanla bağlı, həqiqətlərimiz, mədəniyyətimizlə bağlı material və hədiyyələrimizi təqdim etdik”.

Qeyd edək ki, İranın vitse-prezidenti Şahindokht Molaverdinin milliyyətçə azərbaycanlı olduğu bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600