Qərb-Rusiya qarşıdurması, yoxsa III Dünya Müharibəsinə hazırlıq?

media-hightechnic-468x90

usa-russia-warMais Gülalıyev: “III Dünya Müharibəsi  praktik olaraq mümkün deyil”

Sahib Aliyev: “Yaxın Şərqdə və Ukraynadakı proseslər həmin tendensiyanın göstəricisidir”

 Qərblə Rusiya arasındakı konfrantasiya günü-gündən daha şiddətli xarakter almağa başlayır. Bir tərəfdən, ABŞ başda olmaqla Qərb Ukrayna hadisələrinə görə, Rusiyaya  sanksiyalar tətbiq edib. Rusiya da adekvat olaraq, Qərb mallarının öz ölkəsində satışına embarqo qoyub. Vəziyyət onu diktə edir ki, bu konfrantasiyada heç bir tərəf güzəştə getmək, geri şəkilmək barədə düşünmür. Bu fonda çoxları iddia edir ki, yaranmış vəziyyət üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Görəsən, III Dünya Müharibəsinin başlanması mümkündürmü?

sekilPolitoloq Mais Gülalıyev Yenicag.az-a açıqlamasında yeni dünya müharibəsinin olacağını inandırıcı  saymır: “Həqiqətən də, Qərblə Rusiya arasında  münasibətlərin kəskinləşməsi çox pis istiqamətdə gedir. Ancaq bunun III Dünya Müharibəsinə səbəb ola biləcəyi ehtimalı praktik olaraq yoxdur. Ona görə ki, Rusiya nüvə ölkəsidir. Qərbdə isə ABŞ-ın da böyük nüvə arsenalı var. ABŞ-da 22 minə yaxın, Rusiyada isə 9 mindən bir qədər çox nüvə başlığı var. Bu isə hətta yeri öz orbitindən çıxarmağa qadir bir arsenaldır. Hadisələrin yeni dünya müharibəsinə gətirib çıxaracağına inanmıram. Praktiki olaraq mümkün deyil. Hələ ki, Qərbin Rusiyaya iqtisadi cəhətdən ciddi təzyiq göstərməsi üçün kifayət qədər imkanı var. Rusiyanın özünün də potensial imkanları çoxdur. Onun ərazisi böyükdür. Özü-özünü təmin etmək dərəcəsində iqtisadi potensiala malikdir. Qərb özünün iqtisadi rıçaqlarını həyata keçirməkdə davam edəcək. Bu fonda sanksiyaları daha da gücləndirə bilər. Maliyyə əlaqəsini kəsməklə Rusiyada ciddi çətinlik yaradacaqlar. Ancaq Rusiya da hiss edir ki, burada olum ya ölüm məsələsi gedir. Rusiya ilə Qərbin konfrantasiyası təkcə Ukrayna ilə bağlı deyil. Ukrayna sadəcə olaraq, həm Rusiya, həm də Qərb üçün bir bəhanə rolunu oynadı.  Ukrayna, xüsusən də Krımı Qərb ələ keçirsəydi, Rusiyanın praktik olaraq cənub istiqamətdə təhlükəsizliyi təhdid altında olacaqdı. Ona görə də burada dünyanın təhlükəsizliyi üçün ciddi mübarizə gedir. Hətta bu Rusiyanın bir dövlət olaraq tamlığı üçün də ciddi mübarizənin getməsi anlamına gəlir. Qərb dediyindən geri dönmür, çalışır ki, Rusiyanı parçalayaraq, onun yeraltı-yerüstü sərvətlərinə yiyələnsin. Qərb rahat şəkildə Ukraynanı ələ keçirsəydi belə, bununla qurtarmayacaqdı, Rusiyanı da ələ keçirməyə çalışacaqdı. Rusiyada da bunu başa düşürlər. Ona görə onlar da geri çəkilmir”.

sahib aliyev  manshetMillət vəkili Sahib Alıyev isə bu qənaətdədir ki, üçüncü dünya müharibəsi sivilizasiyalararası müharibə şəklində hazırda onsuz da davam edir: “Hazırda söhbət üçüncü dünya müharibəsindən gedirsə, bu müharibə onsuz da gedir.  Bu da özünü sivilizasiyalararası savaş şəklində göstərir. Yaxın Şərqdə baş verən proseslər, Ukraynada yaşananlar və buna bənzər bir çox olaylar əslində yeni dünya müharibəsinin getməsinin göstəricisidir. Rusiya Qərb qarşıdurması da hazırda həmin sivilizasiyalararası savaşın bir formasıdır. Artıq dünya elə bir səviyyəyə gəlib çatıb ki, dünya müharibəsi deyəndə indiyə kimi gördüyümüz müharibələrə ehtiyac yaranmır. Onun yeni və gizli forması  daha çox informasiya müstəvisində aparılan və daha çox orduların üz-üzə gəlməsi vasitəsilə deyil, başqa yollarla aparılan savaşın içərisindəyik. Ona görə bu  o qədər də sezilmir. Amma Yaxın Şərqdə yaşananlar və Ukraynadakı proseslər həmin həmin tendensiyanın göstəricisidir”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600