Qətər Baş naziri: “ABŞ-nin Qəzza planı “aydınlaşdırma və müzakirə” tələb edir”

media-hightechnic-468x90

“Ağ Evin müharibəyə son qoymaq planında təsvir olunan İsrailin Qəzzadan çıxması “aydınlaşdırma və müzakirə” tələb edir”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani “Al Jazeera”yə bildirib.

O əlavə edib ki, müharibəyə son qoymaq “planın açıq bəndidir”.

Baş nazir həmçinin bildirib ki, plan Qəzzada müharibədən sonrakı hökuməti də nəzərdə tutur və bu məsələ amerikalılarla müzakirə olunacaq, lakin “İsrailə aidiyyəti yoxdur”.

“Plan hələ ilkin mərhələdədir və inkişaf etdirilməlidir. Biz Fələstin hüquqlarını qoruyan bir yol yaratmağa çalışırıq”, – deyə o əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05