Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl-Sani Türkiyə hərbi kontingentinin ölkədə yerləşdirilməsinə münasibət bildirib.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Əl-Sani Türkiyə hərbçilərinin bölgəyə yeridilməsinin sabitliyə xidmət edəcəyini deyib:
“Türkiyə qoşunlarının Qətərdə yerləşdirilməsi regionda sülhün təminatıdır”.
Nazir bildirib ki, İran körfəzi ölkələrinin üzləşdiyi böhranı dinc yolla aradan qaldırmaq mümkündür. O, əlavə edib ki, bununla belə, Qətər öz xarici siyasət kursunu dəyişmək niyyətində deyil:
“Doha öz müstəqil siyasətindən geri çəkilməyəcək və müdafiə sahəsində dəyişikliklərə getməyəcək”.
Onun fikrincə, Türkiyə hərbi qüvvələrinin Qətərə göndərilməsi regionun təhlükəsizliyində müsbət rol oynayacaq. Əl-Sani qeyd edib ki, yaranmış vəziyyət Qətərin təbii qaz ixracına təsir göstərməyəcək.
Nazir bildirib ki, Doha Tehrana ərzaq yardımı göndərə bilər və hökumət İranın Qətərə 3 liman ayırmaq təklifini müzakirə edir.
Yenicag.Az
www.yenicag.az