Qətlə yetirilən məmur sabiq nazirin qohumu çıxdı
Sentyabrın 1-i Bakıda xüsusi amansızlıqla qətlə yetirilən şəhər sakini Fizuli Haqverdi oğlu İsgəndərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.
Sentyabrın 3-də mərhumun üç mərasimi keçirilib.
Mənbənin sözlərinə görə, yas mərasimində sabiq nazir də iştirak edib.
Qətlə yetirilən 50 yaşlı F.İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müavini vəzifəsində çalışıb.
Mərasimdə onun keçmiş yoldaşları da olublar.
“Olaylar”ın yazdığına görə, F.İsgəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə səhər saatlarında baş verib. Onlar əvvəlcə əlbəyaxa olublar. Lakin qatil ardıcıl bıçaq zərbələri endirib, 19 zərbədən sonra onun boğazını kəsərək öldürüb. Qatil maskada olub.
Sonra cinayətkar İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum edərək boğmağa çalışıb.
Qadın onun maskasını çıxararaq, öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb. Qətlin tamah və qisas məqsədi ilə törədildiyi ehtimal olunur.
Onu da qeyd edə ki, İsgəndərov bu il avqustun 29-da qızına toy edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir(axar.az).