Qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı

media-hightechnic-468x90

Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

media-banner_tkm

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosu (DTİHB) prezident seçkilərində 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə 5 nəfər, MDB 9 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası artıq məlumatlar göndərib. Ümumilikdə, 19 ölkədən 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir.

Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05