“…qeyri-konstruktiv yol tutan jurnalistlər də var”

media-hightechnic-468x90

f1669ba20b29d7f74d2fb429b9180029Əflatun Amaşov: “Mətbuat Şurasına hər hansı bir müraciət daxil olarsa…”

Azərbaycanda keçirilən Avropa Oyunları mətbuatda geniş şəkildə işıqlandırılır. Hansı ki, belə yarışlar dövlət əhəmiyyətli tədbirlərdir və ilk növbədə Azərbaycanın bir dövlət olaraq imicinin yüksəlməsinə xidmət edir. Amma ölkə mətbuatında bu oyunlar əleyhinə olan yazılara da rast gəlinir. Görəsən, Mətbuat Şurası həmin oyunlar əleyhinə yazanlarla bağlı olaraq hər hansı bir tədbir görəcəkmi?

Yenicag.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, quruma bu istiqamətdə müraciət daxil olarsa, araşdırma əsasında müvafiq qərarlar da veriləcək:

“Oyunlarla bağlı olaraq Mətbuat Şurası jurnalistlərə öz tövsiyyələrini verib. Jurnalistlərə tövsiyyə etmişik ki, ilk Avropa Oyunlarının daxildə və xaricdə Azərbaycanın imicinin formalaşması ilə bağlı ölkəmizə hansı faydalar verdiyinə və onun Azərbaycanın inkişafında oynadığı rola daha çox diqqət çəksinlər. Bəzi məqamlarda həqiqətən də oyunlarla bağlı müəyyən diskussiyaya səbəb ola bilən yazılar da gedib. Bu istiqamətdə peşə davranış qaydalarına sığmayan yazılara da rast gəlinir. Bütün hallarda öncə bu kimi məsələlərdə jurnalistlərə tövsiyə verməyi əsas götürürük. Zənnimcə artıq Azərbaycan jurnalistləri bu sahədə artıq üzərlərinə düşən missiyanı kifayət qədər layiqincə həyata keçirə bilirlər. Bəzi məqamlarda bilərəkdən, ya bilməyərək müəyyən qüsurlarla rastlaşırıq, amma bu hal da tez zamanda aradan qaldırılır. Təəssüf ki, bilərəkdən Avropa Oyunları ilə bağlı məsələdə qeyri-konstruktiv yol tutan jurnalistlər də var. Bu məsələ ilə bağlı Mətbuat Şurasına hər hansı bir müraciət daxil olarsa, qurum onu araşdıraraq, müvafiq qərarlarını da çıxaracaq”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600