Qəzaya uğrayan helikopterin görüntüləri yayıldı – VİDEO

media-hightechnic-468x90

5c0774Hadisə turistlərin gözü qarşısında baş verib

Göyərtəsində beş nəfərin olduğu “Bell 206” özəl helikopter sərt eniş edərək Havayın Oahu adasında Perl-Harborda ABŞ-ın HDQ bazasını yaxınlığında batıb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Hadisə turistlərin gözü önündə “Arizona” memorialının yanında baş verib. Qəza zamanı helikopter şahidləri tərəfindən videoya çəkilib.

Helikopterdəkilər hadisənin şahidləri tərəfindən xilas edilib. Xəsarət alanlardan biri 16 yaşlı yeniyetmə kritik vəziyyətdə xəstəxanaya yatırılıb, daha iki sərnişinin – 45 yaşlı qadın və 50 yaşlı kişinin vəziyyəti orta ağır hesab edilir.

Qəzanın səbəbləri aydınlaşdırılır. Qəzaya uğrayan “Bell206” helikopteri Oahu adasında helikopter ekskursiyaları təşkil edən aviaşirkətə məxsusdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600