Reklam: High Technic
hightechnic

"Qırmızı körpü"də ölən gizirin kimliyi bəlli oldu - 25 günə tərxis olacaqdı

Xəbər verdiyimiz kimi, “Qırmızı körpü”də bədbəxt hadisə baş verib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, sürücünün nəzarətsiz saxladığı iri həcimli yük maşını (TIR) insanların üzərinə gedib.

Nəticədə təxminən 20-21 yaşlarında olan gizir həlak olub. Verilən məlumata görə, əslən Xaçmaz rayonundan olan gizir Süleymanovun tərxis olunmasına 25 gün qalmışdı.

Digər yeni bir məlumat isə ondan ibarətdir ki, bədbəxt hadisəyə səbəb olan maşın İran İslan Respublikasına məxsus olsa da, sürücüsü Gürcüstan vətəndaşı olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində yaralananlar arasında azyaşlı da var.

www.yenicag.az

8238