!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qış xəstəliklərinin təbii dərmanı

!Reklam – Yazi
Kök insan orqanizmi üçün olduqca faydalıdır. Qış aylarının şəfa anbarı hesab olunan tərəvəzlərin, xüsusən də kökün faydası o qədər çoxdur ki, min bir dərdin dərmanıdır desək yanılmarıq.
 
Yenicag.az xəbər verir ki, kökün özü qədər suyu da xeyirlidir. Əgər müntəzəm olaraq kök suyu qəbul etsəniz, bir çox xəstəliklərdən xilas ola bilərik. Bu dəfə sizə kök suyunun saymaqla bitməyən faydalarını təqdim edirik:
-Xolesterolu aşağı salır. Tərkibindəki kalium sayəsində xolesterolun miqdarını aşağı salır, qaraciyərdəki yağlanmanı azaldır. Eyni zamanda kalium qan şəkərini də balanslaşdırır.
-Tərkibindəki beta-karotenlə birlikdə A vitamini immun sistemi üçün çox əhəmiyyətlidir. A vitamini ürək xəstəliklərinin qarışısını alır, daxili orqanların daha sağlam olmasına şərait yaradır.
– Qaraciyər üçün faydalıdır. O qaraciyəri tənzimləyir. Mütəmadi olaraq kök suyu içmək qaraciyərdəki toksinlərin artmasının qarşısını alır. Qaraciyərin funksiyalarını qaydasına salaraq yağlanmanın və hətta QİÇS-in qarşısını alır.
– Xərçəngin qarşısını alır. Kök suyu eyni zamanda anti-xərçəng maddəsi olaraq da bizə xidmət edir. O kaliumla birlikdə prostat, sinə xərçəngi kimi xəstəliklərin riskini azaldır.
-Kök suyunun tərkibindəki K vitamini qan laxtalanmasının qarşısını alır.
-Diş əti yaralanması zamanı da faydalıdır. Tərkibindəki C vitamini diş yaralarını yaxşılaşdırır və diş ətlərinin sağlam olmasına şərait yaradır.
-Sümüklərin möhkəmləndirilməsində yardımçı olur. Kök suyundakı K vitamini sayəsində qırılan sümüklərin bərpasına və orqanizmin zülal təmini üçün vacibdir.
-A vitamini ilə zəngin olduğu üçün hamiləlik zamanı kök suyu içən ananın doğuşdan sonra süd keyfiyyətli olur.
Həmçinin Hamiləliyin son 3 ayında kök suyu içilərsə bu uşaqlarda yarana biləcək təhlükəli infeksiyaların riskini azaldır.
-Aşağı kalorili olduğu üçün arıqlamağa kömək edir. Kök suyu arıqlamaq arzusunda olan insanların içə biləcəkləri ən yaxşı təbii içkidir.
– Metabolizmanı sürətləndirir. Kök suyu qlükoza, yağ və zülalları özündə birləşdirən B kompleksi vitaminləri ilə zəngindir. Bu səbəblə də metabolizmanı sürətləndirərək çəki itirmənizə səbəb olur. Eyni zamanda da B vitamini kompleksi stress və depressiv halların da azalmasına şərait yaradır.
-Həzmi asanlaşdırır. Kök yüksək miqdarda lifi özündə birləşdirdiyi üçün həzmə kömək edir və uzun müddət tox qalmağınıza şərait yaradır.
-Kök suyunun içindəki dəmirin miqdarı idman edənlər üçün enerji təminidir və bədəndə oksigenin hərəkətini artırır.
– Tərkibindəki maqnezium və diabet səbəbilə şəkərin səviyyəsini stabilləşdirir.
– Dırnaqların qırılmasının qarşısını almaqla onların güclənməsinə səbəb olur.
-Dəri üçün çoxlu miqdarda vitamin mənbəyidir. O A vitamini çatışmazlığı sayəsində dəridə yaranan bir çox problemlərin azalmasına şərait yaradır./Medicina.az/
COP29

www.yenicag.az

1584
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv