Qiyamət günü təyyarələri İŞƏ DÜŞDÜ: Vaşinqtonun İran planı ÜZƏ ÇIXIR

media-hightechnic-468x90

“ABŞ-nin ən güclü silahı olan B-2 təyyarələrini meydana çıxarması, əslində, bütün dünyaya güc göstərişi idi”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Analitik iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançı təyyarəsinin İranın Natanz, İsfahan və Fordoda yerləşən nüvə obyektlərinə endirdiyi hava zərbələri və Tehran ilə Vaşinqton arasındakı münasibətlərinin növbəti perspektivini şərh edib.

Onun sözlərinə görə, dərinlik bombalarını İranın nüvə obyektlərinə başqa bombardmançı təyyarələr vasitəsi ilə də etmək olardı:

“Məsələn, ABŞ-nin Əfqanıstanı işğal dövründə “Əl-Qaidə”nin başı Üsamə bin Ladenin gizləndiyi Tora-Bora mağaralarına Birləşmiş Ştatlar 15 dənə ən böyük bomba atmışdı. Amma indi əsasını nüvə bombası daşımaq üçün nəzərdə tutulan “Qiyamət günü” bombardmançılarını işə salması ABŞ-nin İsrail üçün edə biləcəklərini hamıya göstərdi. Trampın bunu etməsi müxtəlif söyləntilərin olmasına baxmayaraq, Netanyahu hakimiyyətinin hərəkətlərinə dəstək verdiyinin açıq göstəricisi sayıla bilər. Təbii ki, kimsə savaş istəməz, amma şərait hər şeyi dəyişir. Məcbur da olsan, bəzən müharibəyə qoşulmaq olur”.

Analitik hesab edir ki, bundan sonra da ABŞ-nin ehtiyac halında İranı bombalayacağı mütləqdir:

“Hadisələrin İran hakimiyyətinin dəyişməsinə kimi davam etmə ehtimalı İranın İsrailin dinc ərazilərini raket zərbələrinə məruz qoymasından irəli gəlir. Tehran hökuməti indi özünü işğala məruz qalan ölkə kimi təqdim etməklə İsraili günahkar çıxarır. Amma İranın İsraili yer üzündən siləcəyi mesajları, eləcə də İsrail ətrafında proksi qruplar vasitəsi ilə təhlükə çəmbəri yaratmasından danışmır”.

Müsahibimizin fikrincə, İran və İsrail uzun illər davam edən söz dueli ritorikasından sonra son proseslərlə qırmızı cizgiləri çoxdan keçib:

“Artıq bu hakimiyyətlərin birinin getməsi mütləqdir. Amma İsrailin gücünü nəzərə alsaq, görünən odur ki, gedən İran rejimi olacaq. Tramp da bunun mesajını verib. Təbii ki, bu, asan məsələ deyil, beynəlxalq geosiyasi durum İranın tərəfdarlarının da mövqeyini nəzərə almağı tələb edir. Hesab edirəm ki, İran rejiminin ayaqda qalması və ya getməsini dəqiqləşdirmək və ABŞ-nin nə edəcəyini görmək üçün bir müddət də gözləmək lazımdır. Tramp burda həlledici rol oynayacaq”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600