“Qiymətlərin yüksəlməsində əsas günah gömrük və vergidədir”

media-hightechnic-468x90

NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuio

Natiq Cəfərli: “İnhisarçılığın aradan qalxması ilə tamamilə bütün qiymətlərin xeyli dərəcədə ucuzlaşacağını düşünmək tam sadəlövhlük olardı”

Zaman-zaman deyilir ki, idxalda inhisarçılıq və rüşvətin olması qiymətlərin kəskin artımına gətirib çıxarır. Bu isə o deməkdir ki, həmin neqativ amillər olmasaydı, qiymətlər indi olduğundan xeyli ucuz olardı. Bu halda maraqlıdır, görəsən, inhisarçılıqdan xilas olunduğu halda qiymətlər neçə faizə qədər ucuzlaşa bilər?

Yenicağ.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli inhisarçılığın aradan qalxması ilə qiymətlərin tam olaraq düşəcəyini düşünməyin sadəlövhlük olduğunu söylədi: “Əlbəttə ki, inhisarçılığın qiymətin formalaşmasına təsiri ciddidir. Rəqabətli mühit yaranarsa, bir çox şirkət və şəxslər birbaşa xarici bazara çıxış imkanları əldə edərsə, rəqabətli mühitdə təbii ki, proses bəzi məhsulların qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. Amma inhisarçılığın aradan qalxması ilə tamamilə bütün qiymətlərin xeyli dərəcədə ucuzlaşacağını düşünmək də tam sadəlövhlük olardı.  Azərbaycanda devalvasiyadan sonra başqa mənzərə yaranıb. Xaricdən dollarla alınan məhsulun daxili bazarda manatla ekvivalenti daha çox nəzərə çarpacaq dərəcədə olacaq. Ona görə tamamilə xoş xəyallarla yaşamaq da düzgün deyil. Lakin inhisarçılıq aradan qaldırılarsa ən azından devalvasiyadan sonra insanlara dəyə biləcək ziyan geri çəkilə bilər, insanlar bunu hiss etməz. Hökumət hələlik inzibati yollarla qiyməti tənzimləməyi bacarır. Amma bunu uzun müddət etmək mümkün olmayacaq. Bir müddət sonra qiymətlərdə addım-addım artımları görəcəyik. Bu isə o deməkdir ki, qiymətlərdə ən azı 30-35, bəzi məhsul qruplarında isə hətta 45-50 faizə yaxın qiymətdə dəyişikliyin ola biləcəyi ehtimalı yüksəkdir.  Bunun üçün isə gömrük və vergi qanunvericiliklərində dəyişiklik  edilməli, gömrükdə olan neqativ hallar tamamilə aradan qaldırılmalıdır”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600