Qlobal istiləşmə quşların vaxtından əvvəl köç etməsinə zəmin yaradır

media-hightechnic-468x90

Dünyada baş verən qlobal istiləşmə quşların vaxtından əvvəl köç etməsinə zəmin yaradıb.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu qənaətə Birləşmiş Krallıqdakı Edinburq Universitetinin elmi işçiləri apardıqları araşdırmadan sonra gəliblər.

Onlar 5 qitədə yüzlərlə quş növünü araşdırıblar. Tədqiqatda havanın temperaturunun artdığı hər bir dərəcə üçün quşların köç etdikləri ərazilərə bir gün tez köç etdiyi müşahidə edilib. Bu səbəbdən də quşlar qida tapmaq və yuva qurmaq baxımından bir çox çətinliklə üzləşirlər. Eyni zamanda, bu, balaların yumurtadan çıxma vaxtı və həyatda qalma şanslarına təsir edir.

Tədqiqatın nəticələri “Journal of Animal Ecology” jurnalında dərc olunub.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600