Qobustan bir daha silkələndi

media-hightechnic-468x90

Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda növbəti zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb. Yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində daha bir zəlzələ qeydə alınmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600