Qobustanda baş verən qəzada 1 nəfər həyatını itirdi

media-hightechnic-468x90

Qobustanda avtomobil aşıb.

Yenicag.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Mehdiyev Həbib Əflan oğlu idarə etdiyi özünə məxsus “İnfitini” markalı avtomobillə hərəkətdə olarkən Qobustan qəsəbəsi muzey yolunda idarəetməni itirərək aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olan Qobustan qəsəbə sakini 1999-cu il təvəllüdlü Quluzadə Ziya Zeynal oğlu isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fakta görə Qaradağ rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600