Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub - FOTOLAR

media-hightechnic-468x90

Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.

Bu barədə Yenicg.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir. Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir.

Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir. Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir.

media-obrlba4dvwyfsffayq570qti9pdkwzwnzwpfhpo9_1200 media-yhsjvxvqdjzi3aqouazcjekwqagjeq4ifyxnzy7i_1200

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05