İranda daha 3 nəfərin koronavirusa yoluxması halı təsdiqlənib.
Yenicag.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Virusa yoluxan iranlılardan biri həkimdir. Qum və Ərak şəhərlərində xəstəxaya yerləşdirilərək nəzarət altına alınıblar.
Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatdığını təsdiqləyib.
Qeyd edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.