Qorbaçovdan Qərbi Avropaya ittihamlar…

media-hightechnic-468x90

images (1)SSRİ-nin sonuncu prezidenti və baş katibi Mixail Qorbaçov Berlin divarlarının yıxılmasının ildönümü və regionda baş verənlər ilə bağlı “La Repubblika” qəzetinə müsahibə verib.

YENİCAG.AZ xəbər verir ki, Qorbaçov “Bu nəticəyə gəlmək çətin oldu” deyərək, Berlin divarlarının yıxılmasını yadına salıb, -amma bu sülh və tərksilah prossesi üçün qaçılmaz idi. Sözsüz ki, yenidənqurma və dəyişiklik olmadan bu mərhələdən keçmək olmazdı”- deyə, bildirib.

Onun sözlərinə görə 1985-ci ildə şərq və qərb arasındakı münasibət tarixi minimumda idi. 6 il ərzində ABŞ və SSRİ liderləri arasında heç bir görüş keçirilmədi. Dünya uçurum kənarında idi və hər kəs böyük sürətlə bunu belə qəbul etdi. Dəyişikliyə təcili ehtiyac duyulurdu: “Mən birinci dəfə İsveçrədə Reyqan ilə görüşdüm, bu mümkünsüz hesab olunsa da. Bu görüşlərdən sonra aydın oldu ki, biz nüvə müharibəsinə yol verə bilmərik. Biz dayanmalıydıq”.

“Hazırda Ukraynada müharibə gedir- Rusiyanın astanasında Avropa ilə sərhəddə. Getdikcə siyasət silahların yerinə keçir” sualına cavab verən Qorbaçov “Biz yeni dünya nizamına inanırdıq, lakin ABŞ davranışlarını çox tez dəyişdi. Onlar yeni siyasət işlətdilər: Vaşinqton dünyanı idarə edir. Onlar başçı olmağa öyrəşiblər, razılaşmalarına və prinsiplərinə arxa çevirdilər”.
“Amerikanın hərbi sənaye kompleksi çox qüdrətlidir. Obamanın dediyi kimi, qarışıq yuxulu səhər dumanı kimi. Hesab edirəm ki, tarix gecikənləri cəzalandırır. Mən Angela Merkelə hörmət edirəm. Amma bugün Almaniya azad deyil. Avropa liderləri bu gün azad deyillər. Bu gün Brüssel yerinə, Vaşinqton Avropanın yerinə qərar verir”,- deyərək, Qorbaçov fikrini bildirib.

Onun sözlərinə görə, 80-ci illərdəki plana görə, Avropa və Rusiya birlikdə hərəkət etməli imiş. Daha sonra Moskvasız Avropa planını həyata keçirənlər indi şərqdən də imtina ediblər: “Hazırda bütün planlar Qərbi Avropanın marağına uyğun hazırlanır”.
Dəfələrlə Putini tənqid etdiyini deyən Qorbaçov “Mən onu Ukrayna məsələsinə görə tənqid edə bilmərəm. Krım elçisini bu qədər gözlətmək olmazdı. Səhvlər SSRİ-nin tənəzzülü dövründə baş vermişdi, elə həmin vaxt da Krım məsələsini birdəfəlik həll etmək lazım idi”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600