Qorxmaz Əlili Namiq Məna ilə bağlı suala əsəbiləşdi

media-hightechnic-468x90

Əməkdar artist Qorxmaz Əlilican ilə meyxanaçı Namiq Məna küsülüdür.

Bu barədə aparıcı Elgiz Əkbər “Elgizlə izlə” verilişində deyib.

Aparıcının “Namiq Məna ilə küsülüsünüz” sualı qarşı tərəfi əsəbiləşdirib.

“Gül kimi söhbət edirik, niyə aləmi qatırsan. Mən şou-biznesin təməlini qurmuşam, amma belə yox. Orada intriqa yox idi” deyə, Q.Əlili bildirib.

Buna etiraz edən Elgiz isə “İntriqasız şou-biznes olar? Rəqabtdən yaranır. Hamı gəlsin otursun bir-bibirini tərifləsin? Olmaz. Kimsə fərqli və güclü olduğunu ortaya qoymalıdır. Tərif olsa, nə veriliş olacaq? Hansısa bir baxışınızı müzakirə etmədinsə nədir o? Çağıraq dəyərli sənətkarları tərifləyək, ona baxan olsa, adımı dəyişərəm. İnsanlar ancaq müzakirə edəndə deyirlər, filankəs filan sözü dedi” sözlərini söyləyib.

Q.Əlilican isə “Biz sənət adamları xalqa tərbiyə veririk. Elə şey var ev, elə şey də var el üçündür” cavabını verib. (Axşam.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600