Qozun çəkisini artırmaq üçün məhsulun üzərinə satıcılar su tökür? – VİDEO

media-hightechnic-468x90

Bazarlarda köhnə qozun üzərinə su tökülərək mövsümi məhsul adına satıldığı iddia edilir. Həmçinin çəkisinin ağır olması üçün satıcılar tərəfindən mövsümi məhsulun da üzərinə su töküldüyü deyilir.

Yenicag.az “Xəzər TV”yə istinadən xəbər verir ki, oktyabrın sonudur, artıq payızın ortasıdır. Amma bazarlarda hələ də yaş qoz satılır. Ən maraqlısı odur ki, qiyməti də dəfələrlə ucuzdur.

Satıcılar bildirdilər ki, həmin qozlar xarici sortdurlar. Qiymətləri ucuzdu, amma yerli qoz həm bu il bazarda azdır, həm də kilosu 8-12 manat civarında dəyişir.

Bildirildi ki, yaş qozu bir, uzağı iki gündən artıq saxlamaq olmaz. O da bildirildi ki, xarici sort qoz bazarda bir aydır satılmağa başlayıb.

Alıcılar isə iddia edir ki, həmin qozu suda saxlayırlar ki, çəkisi ağır olsun. O da bildirildi ki, yaş qozun qiyməti sərfəli olduğundan tələbat kifayət qədərdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa