Qubernator İlham Əliyevi təbrik etdi

media-hightechnic-468x90

hHəştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin prezident İlham Əliyevə məktub göndərib. 

Məktubunda A. Julkin Respublika Günü münasibətilə İ. Əliyevi təbrik edib: “Bu əlamətdar gündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, əmin-amanlıq və ölkənizin rifahı naminə yeni zəfərlər arzulayıram.

Ötən onilliklər ərzində Sizin ölkəniz iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq aləmdə nüfuzunu möhkəmlətmişdir.
Biz Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq münasibətlərini yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər ölkələrimizin xalqları naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, konstruktiv əməkdaşlığın etibarlı qarantına çevriləcəkdir”.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa