“O zaman Azərbaycanda böhran yarandı ki, Fransa, ABŞ və Rusiya Elçibəy hökümətindən atəşi dayandırmağı tələb edirdi. Elçibəy höküməti atəşi dayandırmadı, ona görə də, qiyam təşkil olundu”.
Yenicag.az-ın məlumatına görə, bu sözləri prezidentliyə namizəd, millət vəkili Qüdrət Həsənquliyev deyib. Qərbin Türkiyənin də Azərbaycana dəstək verməsinə imkan vermədiyini deyən Qüdrət Həsənquliyev qeyd edib ki, faktiki surətdə Ermənistanı transmilli layihələrdən kənarda saxlanılıb: “Ancaq hazırda İran Ermənistanla ciddi formada əməkdaşlıq edir. Türkiyənin Ermənistanla ticarət dövriyyəsi 250 milyon dolları keçib. Azərbaycan çalışmalıdır ki, Ermənistana sanksiyalar tətbiq etsin, bütün ticari əlaqələri dayandırsın. İran bunu etməyəcəyi təqdirdə Azərbacanın İrana təsir imkanları var. Bunun üçün sadəcə, cəsarətli xarici siyasət həyata keçirməliyik. İranda 30 milyondan çox azərbaycanlı var və onlarla səmimi və daha açıq siyasət yürüdülməlidir”.
Azərbaycanın Xarici işlər nazirinin işinə münasibət bildirən millət vəkili bildirib ki, Elmar Məmmədyarovun apardığı subustantiv və kreativ danışıqlar camaat içərisində gülünc doğurur: “Elmar Məmmədyarov Milli Şuranın sədri Cəmil Həsənli deputat olarkən ona 1918-20-ci illərdə Azərbaycanın xarici siyasəti ilə bağlı bir kitab yazıdırıb. Həmin kitabda da prezident İlham Əliyevi təriflətdirib.
Prezidentinin Xarici Siyasət Məsələləri üzrə köməkçisi Novruz Məmmədovun 1-2 “tvit”i istisna olunmaqla, qalan “tivit”lərini oxuyanda sadəcə, dövlət üçün təəssüf hissi keçirirsən”.
www.yenicag.az