Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qulaqlıqlardan istifadə edənlərə XƏBƏRDARLIQ - "Hack" TƏHLÜKƏSİ

Android smartfonlarda yeni növ boşluq aşkar ediblər.

Yenicag.az xəbər verir ki, həmin smartfonları USB və ya Bluetooth aksessuarlar vasitəsilə hack etmək mümkündür.

Bura qulaqlıqlar, səsgücləndiricilər, şarj cihazları və s. daxildirlər. Bu cür hack prosesinə məşhur istehsalçıların smartfon modelləri məruz qala bilərlər.

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər qeyd ediblər ki, zərərli proqram təminatına sahib təkmilləşdirilmiş aksessuarlar Android smartfonların radiomodulları ilə qarşılıqlı əlaqədə ola bilirlər.

Aksessuarın smartfona qoşulmas halında aksessuarda olan virus smartfonun modeminə xüsusi AT əmrlər göndərir. Bu isə öz növbəsində smartfonun işinə təsir edə bilər.

Amerikalı tədqiqatçıların sözlərinə görə, smartfona qoşulmuş aksessuar smartfonlara gələn zəngləri digər istiqamətə yönləndirə, gələn/gedən zəngləri və mətn mesajlarını bloklaya və həmin mesajları əldə edə, smartfonun internet şəbəkəsinə təsir göstərə bilər.

Aksessuardakı virus həmçinin DoS hücumu reallaşdıra və cihazın IMEI nömrəsini oğurlaya bilər. Bu üsul ilə haker cihazın sahibinin harda yerləşdiyini izləyə bilər.

Smartfonun virusla yoluxması tamamilə lokal şəkildə reallaşdırılır. Yəni bunun baş verməsi üçü smartfonun internetə qoşulmasına ehtiyac yoxdur.

Sözügedən virusun çalışma mümkünlüyü müxtəlif məşhur istehsalçıların smartfon modellərində yoxlanılıb.

Tədqiqatçılar qeyd ediblər ki, eksploit Qualcomm, Samsung və HiSilicon şirkətlərinin modemlərində mövcuddur.

Qeyd edilib ki, virusun imkanları smartfon modelindən asılıdır. Bəzi smartfonlar isə ümumiyytlə bu virusa dözümlü olub.

Mütəxəssislər sertifikatlaşdırılmamış aksessuarlardan istifadənin təhlükəli olduğunu qeyd ediblər.

www.yenicag.az

1125
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM