Hazırda 1 milyarddan çox gənc musiqi dinləmək vərdişlərinin təhlükəli olması səbəbindən eşitmə qabiliyyətini itirmək riski altındadır.
Yenicag.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya ofisinin rəhbəri Batır Berdıklıçev bildirib.
O, sözügedən “narahatedici” vəziyyətin 2050-ci ilə qədər daha da artacağını bildirib.
Berdıklıçevin sözlərinə görə, 25 il sonra təxminən 2,5 milyard gənc eşitmə qüsurlu olacaq. Həmçinin 700 milyon insan eşitmə qabiliyyətinin itirilməsi səbəbindən reabilitasiyaya ehtiyac duyacaq.
Qeyd edək ki, hazırda dünya əhalisinin təxminən 5%-i eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir.
www.yenicag.az