Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Qurbanlıq ət dərhal yeyilə bilməz" - Professordan qəribə açıqlama

“Kəsilmiş əti dərhal bişirsəniz, siz ət yox, əzələ yeyirsiniz”.

Yenicag.az xəbər verir ki, bunu Bursa Uludağ Universitetinin professoru Mustafa Tayar deyib. O, bildirib ki, kəsim yerlərində kəsilən heyvanın yaşam əlamətləri davam etdiyi halda ət dərhal paketlərə yığılıb maşının baqajına yerləşdirilir. Birinci təhlükə isə burada başlayır:

“Ət kəsildikdən sonra bir gün saxlanılmalıdır ki, yeyilməli hala düşsün. Bir çox ərzaq məhsullarını təzə halda yeməyi tövsiyə edirik, ancaq ətdə belə deyil. Ətin bir qədər boyatlaşması lazımdır ki, ölüm sərtliyi deyilən xüsusiyyət itsin, ət həzm olunmaq xüsusiyyətini qazansın, daha ləzzətli olsun. Kəsilmiş əti dərhal bişirsəniz, siz ət yox, əzələ yeyirsiniz, bunun isə həzm sisteminə heç bir faydası olmayacaq, onun proteinindən yararlana bilməyəcəksiniz. Mütləq sərin, günəş dəyməyən, külək əsməyən bir yerdə saxlayın. Malı asaraq liflərinin açılmasını təmin etməyə çalışaq. Bunu etməyəndə sonrakı müddətdə ətin keyfiyyəti düşəcək, bu ətdən faydalı maddələri ala bilməyəcəyik. Heyvan kəsilən kimi parçalamaq olmaz, mümkünsə, bir gün saxlamaqda fayda var”.

www.yenicag.az

261
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100