!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quru gözlər sindromu – Kompüter və telefon bəlası

!Reklam – Yazi

Müasir insanın, gənclərin ən çox şikayətləndiyi göz quruluğu, acıması, yanması kimi əlamətlər kompüter sindromu deyilən müasir bir bəladır.

Müxtəlif vasitələrin ekranına çox baxan insanlarda bu problem yaranır.

Yenicag.az Medicina.az-a istinadən xəstəliyin əlamətləri, diaqnozu və müalicəsini təqdim edir.

Əgər gözlərinizdə bu əlamətlər varsa o zaman quru göz sindromuna tutulmusuz:

-Gözlərdə toz, qum batmış kimi hiss
-Yanma, qaşınma
-Səbəbsiz sulanma, yaş axması
-Gözləri tez-tez ovuşdurmaq
-Gözlərdə yorğunluq, işığa qarşı həssaslıq

Həkimlər göz quruluğunu Şirmer sınağı ilə yoxlayır.

Əslində problem gözlərdəki yaşın az-çoxluğu yox, keyfiyyətidir. Bu yaşla daim nəmlənən gözlər göz yaşı keyfiyyətsiz olanda lazımi yağ, su normasını almayaraq, quruyur.

Səbəblər:

-Tv, telefon, planşet və s. Uzun müddət gözlərin ekrana dikilməsi. Diqqətlə ekrana baxdıqda gözlər normada qırpılmır, sanki bunu unudur. Bu isə gözlərin qurumasına səbəb olur.

-Otaqda, ətrafda quru hava. Xüsusən qışda batareyalardan, kondinsionerdən isidilən otaqlarda çox olmaq da gözləri qurudur. Daha çox qapalı ofis işçilərində göz quruluğu daha tez yaranır.

-Gözün buynuz qişaşı qan damarlarına malik deyil, o yalnız göz yaşı hesabına qidalanır. Yaş ona oksigen çatdırır. Ona görə yaş quruyarsa, göz bülluru qidasız qalır.

-Hormonlar – qadınlarda klimaks dövründə dəyişiklik də göz yaşını azaldır, qurudur. Ona görə bu ərəfədə gözlər də quruyur. Menopauza dövründə qadınların gözlərindən qeyri-ixtiyari su axır və güclü qaşınma ola bilir.

-Kontakt linzalar – xüsusən sterilliyi qorunmadıqda, keyfiyyətsiz olduqda, gecə yatanda çıxarılmadıqda, vaxtında dəyişilməyində göz quruluğu qaçılmazdır. İdeal halda linzalar hər gün taxılmamalıdır. Əgər göz probleminə görə linza taxılırsa, həkim süni göz yaşı preparatı da təyin etməlidir.

-Gözlərdə lazer korreksiyası – olunduqdan sonra göz quruluğu əvvəldən var idisə daha da kəskinləşir. Bu bir də əməliyyata düzgün hazırlıq olmadıqda da baş verir. Lazer əməliyyatından sonra göz quruluğu ölçülməlidir.

-Dərmanlar – bir çox dərmanlar gözlərdə quruluq yaradır. Xüsusən hormonal dərmanlar, antidepressantlar. Əgər belə təsir varsa, o zaman oftalmoloqa gedib, süni göz yaşı damcıları alıb istifadə edin.

-Konyuktivit, katarakta, şəkərli diabet – xəstələrində zərbə gözlərə də dəyir. Vaxtında müalicə olunmadıqda gözlər quruyur.

Müalicəsi

Vaxtında müayinə olunub, süni göz yaşı damcılarından istifadə etmək. Damcını özbaşına aptekdən almayın, həkim təyin etməlidir.

Müasir oftalmoloqlar quru göz sindroçunu lazerlə də müalicə edirlər. Bu bir fizioterapiya formasıdır. Bu zaman göz yaşı sintezi və istehsalı kökündən düzəldilir. Bir kurs belə müalicə 1 il bəs edir.

Komputer və telefona çox baxanlar, fasiləyə diqqət yetirsinlər. Gözlərinə damcı töksünlər.
Otaqda havanın quru olmamasına, daim nəmləndirməyə fikir versinlər.

Kompüterdə işləyənlər üçün xüsusi satılan dəlikli eynəklər isə marketinq yalanından başqa bir şey deyil. Onların gözlərə heç bir faydası yoxdur.

COP29

www.yenicag.az

3952
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv