Quterreş ABŞ Senatı ilə təşkilatın maliyyələşdirilməsini müzakirə etmək niyyətindədir
BMT-nin baş katibi Antoniu Quterreş təşkilatın ABŞ tərəfindən maliyyələşdirilməsinə dair məsələni müzakirə etmək üçün Amerika senatorları ilə görüşməyə hazırdır.
Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə onun nümayəndəsi Eri Kanekoya istinadən “Reuters” məlumat yayıb.
“Baş katib ABŞ qanunvericiləri ilə istənilən məsələni müzakirə etmək fürsətini alqışlayır”, – deyə Kaneko bildirib.
Onun sözlərinə görə, BMT ümid edir ki, Tramp administrasiyası zamanı da “BMT ilə ABŞ arasında sıx tərəfdaşlıq, xüsusilə də, insan haqlarının müdafiəsi, sülh, təhlükəsizlik və inkişaf məsələləri kimi əsas sahələrdə tərəfdaşlıq davam edəcək”.
Yeniçağ.Az