!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazanda əsəb gərginliyini belə aradan qaldırın

!Reklam – Yazi

Müasir dünyada insanlar gündəlik həyatda müxtəlif gərginliklər keçirirlər. Ramazan ayında bu gərginlik iki-üç qat daha artır.

Yenicag.az xəbər verir ki, həkimlər 17-18 saat davam edən orucun qanda şəkərin miqdarını aşağı saldığını bildirirlər. Bu isə ilk növbədə əsəb sistemində pozuntulara səbəb olur. Ramazan ayının əsas məqsədinin insanları aclıqla imtahana çəkmək yox, mənəviyyatın saflaşdırılması olduğunu nəzərə alsaq, sözügedən problemin həlli daha da vacib olur.

Qəzəbi idarə etmək üçün psixoloqlar bunları məsləhət görür:

  1. Danışın! – İnsanlarla ünsiyyət saxlamaq hər zaman ən yaxşı üsuldur.
  2. Nəfəs intensivliyi – Əsəbi olanda tez-tez nəfəs alır, bəzənsə nəfəs almaqda çətinlik çəkirik. Buna görə də, əsəbi olduğunuzu hiss etdikdə nəfəs alanda 5-ə, verəndə 10-a qədər sayın.
  3. Barmaq hərəkətləri – İçinizdə saymağa başlayın və barmaqlarınızla sinənizə yüngülcə vurun. Bu əsəbin təsirindən yaranmış həyəcanı azaldacaq.

Qeyd edək ki, Ramazan əsəblərinizi idarə etmək üçün sizi tərbiyələndirəcək. Belə ki, adi günlərdəki kimi əsəb keçirdikdə yeməyə yönəlmək mümkün olmayacaq və bunun üçün başqa yollardan istifadə edəcəksiniz.

COP29

www.yenicag.az

6112
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv