!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ramiz Əzizbəylidən illər sonra etiraf: “Xanımım olmasaydı…”

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin doğum günüdür.

Sənətkar doğum günü təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Xəstəliyim olmasa, 70 yaş yel olub, yanımdan keçə də bilməz. İndi də yaşımdan qorxmuram. Teymur əmi demişkən, qəti qorxusu yoxdur. Özümü gənc hiss edirəm. Çünki həyatı sevirəm və həmişə hər şeyə rəğmən pozitiv olmuşam. Həmişə həyat yoldaşım çətin günlərimdə mənə dəstək, arxa olub. Qadın kişinin sərvətidir, onunla evlənməyimin nəticəsidir ki, 70 yaşa gəlib çatmışam. Xanımım olmasaydı, xəstəliyə güc gələ bilməzdim. Təmtərağı sevmirəm. İndiyə qədər yalnız yubileylərimi qeyd etmişik. Dostlarım sağ olsun, qeyd ediblər. Bu il 70 yaşımı baldızımın ailəsində qeyd edəcəm. Məni qonaq çağırıblar”.

Aktyor ən böyük arzusunu da dilə gətirib: “Sağalmaq və yeni filmlər çəkmək arzusundayam. Xəstəlikdən qurtulsam, yüz yaşayaram”.

Cəvahir

COP29

www.yenicag.az

2810
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv