!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ramiz Mehdiyevə görə AMEA-nın bağlanması...” – Keçmiş nazir

!Reklam – Yazi

“Sürülərlə akademik yaradırlar. Akademiyanı gəlin bağlayaq” ideyasını ortaya atanın elmi savadı çatmır ki, məsələni kökündən anlaya bilsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın sabiq Təhsil naziri Firudin Cəlilov AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) ləğv edilməsi ilə bağlı sosial mediada edilən çağırışlara münasibət bildirərkən deyib.

F.Cəlilov Akademiyanın bağlanmasını yox, alimlərin toplandığı elm ocağında islahatların aparılmasını məqbul sayıb:

“Türkmənistanda Akademiyanı bağladılar, amma türkmən elminə böyük ziyan vurdular. Bu ziyanı görüb türkmənlər çox peşman oldular. Alimlərin toplandığı bir ocağı dağıtmaq nə dərəcədə doğrudur?
Akademiyanı bağlamaq yox, Akademiyada islahatlar aparmaq lazımdır. Bizim millət çox istedadlı millətdir, onlar üçün şərait yarat, gör, elmdə nə xariqələr yaradır. Bir alim ki, 20 ildir yataqxanada qalır, 300 manat maaş alır, o, elmlə necə məşğul ola bilər? Alimin maaşı yüksək, şəraiti normal olmalıdır ki, elmlə məşğul ola bilsin. Televiziyalarda alimləri təbliğ edən verilişlər olmalıdır. Küçədəqalmışları gətirib efirlərdə təbliğ edirlər, manıslara xalq artisti adı verirlər, hansı ki, o ada sənəti, qabiliyyəti layiq deyil, amma alimləri dəyərləndirmirlər. Söhbət əsl alimlərdən gedir. Elə alimlər var ki, çoxdan akademik olmalıdır. Amma doğulduğu yerə, qohumluq əlaqələrinə görə 10 dəfə də sənədlərini versə, onu qəbul etmirlər. Amma qohumbazlıqla bağlı sürülərlə akademik yaradırlar. Akademiyada islahatlar aparılmalı və belə halların qarşısı alınmalıdır. “Akademiyanı gəlin bağlayaq” ideyasını ortaya atanın elmi savadı çatmır ki, məsələni kökündən anlaya bilsin. Akademiyanın Yusif Məmmədəliyev kimi prezidenti olub, indi bir nəfərə görə onu bağlamaq olmaz”.

Cəvahir

COP29

www.yenicag.az

2172
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv