Nazirlər Kabineti “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” qərarında dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli qərarı ilə yaradılmış Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi aşağıdakı redaksiyada müəyyənləşib:
Şuranın sədri
Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Şuranın sədr müavini
Dilqəm Tağıyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
Şuranın məsul katibi
Əminağa Sadıqov – Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Şuranın üzvləri:
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik
Nərgiz Paşayeva – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
Rasim Əliquliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
Arif Paşayev – Milli Aviasiya Akademiyasının rektoru, akademik
Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik
Fuad Əliyev – Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik
Əhliman Əmiraslanov – Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik
Rəfail Mirzəyev – Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini
Rahim Əliyev – Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Rauf Hacıyev – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru
Sevinc Həsənova – Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Firudin Qurbanov – Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Elçin Zeynalov – Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru
Elmir Vəlizadə – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Rövşən Əhmədov – Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri
İqbal Babayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor, texnika elmləri doktoru
Heydər Piriyev – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant
Ceyhun Salmanov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini
Balarəhim Quliyev – Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini
Rövşən Rüstəmov – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini.
Nazirlər Kabinetinin digər qərarı ilə “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də də dəyişiklik edilib. Dəyişikliyə əsasən, Şuranın tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb.
www.yenicag.az