Rayonlara sərnişin daşıyan taksilər bir mərkəzə toplanacaq - AÇIQLAMA / VİDEO

media-hightechnic-468x90

Paytaxtın ayrı-ayrı yerlərindən pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik avtomobilləri bir mərkəzə toplanacaq.

Xezerxeber.az-ın məlumatına görə, dayanacaq üçün Bakı Beynəxalq Avtovağzal Kompleksində yer seçilib.

Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov bildirib ki, 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən taksi minik avtomobillərinin vahid mərkəzə cəlb edilməsi nəzərdə tutulub.

Dayanacaq istifadəyə verildikdən sonra avtomobillərin sazlığının yoxlanılması və sürücülərin tibbi müayinədən keçməsi də planlaşdırılır.

Sürücülər isə iddia edirlər ki, hazırda avtovağzal ərazisində dayanacaq sahəsi az olduğuna görə onlar avtomobillərini saxlamaqda çətinlik çəkirlər.

Qeyd edək ki, dayanacağın gələn ayın əvvəlində sürücülərin ixtiyarına verilməsi nəzərdə tutulur.

Daha ətraflı süjetdə:

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600