!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Reanimasiyada ayılanda həkimdən siqaret istədi" - Rasim Ocaqovun doğum günüdür

!Reklam – Yazi

Bu gün Azərbaycan milli kino tarixinə “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” kimi filmləri bəxş edən, XX əsrin ən böyük rejissoru tək dəyərləndirilən xalq artisti, görkəmli rejissor Rasim Ocaqovun doğum günüdür.

Yenicag.az-a açıqlama verən əməkdar artist, tanınmış aktrisa Xalidə Quliyeva rejissorla bağlı xatirələrini bölüşüb:

“Rasim Ocaqovun milli kinomuzda rolu əvəzsizdir. Mən onun “Tütək səsi” filmində Milli rolunu canlandırmışam. Həyat yoldaşı Sveta xanım danışırdı ki, o məni “Nəsimi” filmində görüb bəyənib. Deyibmiş ki, çox gözəl bir qızdır, onu “Tütək səsi” filmində çəkəcəm. Biz ailəvi dost idik. Baxmayaraq ki, yaxın olduğumuz çox ailələr var, amma mən o dahi rejissorun evində olanda özümü çox rahat və sərbəst hiss edirdim. Bu şəraiti o özü bizə yaradırdı. Ailəsinə bağlı insan idi. Heç vaxt təmtərağı sevməzdi, hətta yerişi-duruşu belə sadə və təvazökar idi. Rejissor kimi tələbkar və çox məsuliyyətli idi. Aktyor seçimini dəqiqliklə aparırdı. Tükü-tükdən seçirdi. Amerikada bir aktyoru bəyənsəydi, onu da dəvət edib, filminə çəkərdi. Gözü kimi tuturdusa, onu da çağırırdı və seçimində yanılmırdı”.

Aktrisa rejissorla bağlı maraqlı fakt da açıqladı:

“Rasim Ocaqov həddən artıq çox siqaret çəkirdi. Hətta yemək zamanı da bir qüllab vurub, bir tikə çörək yeyərdi. Həyat yoldaşı Sveta xanım danışırdı ki, xəstəxanada reanimasiyaya yerləşdirmişdik. Ayılanda həkimdən siqaret istəyib”.

Cəvahir

COP29

www.yenicag.az

3421
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv