!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəhim Rəhimov Mərdəkan Mədəniyyət Sarayında “Zəng” səsini ucaldacaq

!Reklam – Yazi

Heydər Əliyev Fondu – “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Mərdəkan Mədəniyyət Sarayında “Zəng” tamaşasının nümayişi keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Zəng” tamaşasının əsas qəhrəmanı, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru, Fəxri mədəniyyət işçisi Rəhim Rəhimov yayıb.

Oktyabrın 29-u saat 17.00-da nümayiş olunacaq tamaşaya giriş sərbəstdir.

Xatırladaq ki, “Zəng” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Kukla Teatrının istedadlı aktyoru Rəhim Rəhimovun ifasında nümayiş olunacaq mono-tamaşaya baxmaq istəyənlər, Mərdəkan Mədəniyyət Sarayında çalınacaq “Zəng”in səsinə səs versinlər./Open/

www.yenicag.az

5051
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv