“Reina”nı qana bulayan terrorçunun həyat yoldaşı danışdı
İstanbulun məşhur gecə klublarından biri Reina ya silahlı hücum edən şəxsin həyat yoldaşı ifadə verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 Noyabrda Qırğızıstandan Türkiyəyə, 22 Noyabrda Konyaya yerləşdiyi və 29 dekabrda hücumu həyata keçirmək üçün İstanbula yollandığı öyrənilib.
Terrorçunun saxlanılan həyat yoldaşı: “Hadisəni televisordan öyrəndim. Ərimin nəin ki, İŞİD üzvü, heç terror qruplaşmasına rəğbəti olduğunu belə bilmirdim”, deyə açıqlama verib.
Konyada əmlakçı vasitəsilə aylıq 1.100 TL ödəyərək mənzil kirayələyən terrorçu 3 aylıq kirayə pulunu da öncədən ödəyib. Həyat yoldaşı terrorçunun iş tapmaq məqsədi ilə Konyaya gəldiyini söyləyib.
Xatırladaq ki, Reina klubunda baş verən terror nəticəsində 39 nəfər həlak olub, 65-i isə yaralanıb.