Rəqiblər artıq məlumdur

media-hightechnic-468x90

inter_mariehamn“İnter” futbol klubu qış fasiləsində hazırlıqlarını Antalyada keçirəcək.

Yanvarın 3-dən etibarən məşqlər start götürəcək.

Toplanış çərçivəsində 6 yoldaşlıq matçı keçiriləcək. Rəqiblər də artıq məlumdur. “İnter” yanvarın 8-də “İnegölspor” (Türkiyə), yanvarın 13-də “Energie Cottbus” (Almaniya), yanvarın 14-də “Kayrat” (Qazaxıstan), yanvarın 17-də “Kasımpaşa” (Türkiyə), yanvarın 20-də isə “Metallist”(Ukrayna) komandaları ilə qarşılaşacaq.

Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Rəqib hələlik bilinmir.

Xatırladaq ki, “İnter” yanvarın 24-də Vətənə qayıdacaq.

(trend.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa