Rəsədxana xəbərdarlıq etdi

media-hightechnic-468x90

12185973_135315710157387_1879164299_oertyBu gün Yer kürəsində geomaqnit həyəcanlaşması olacaq.

Bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

E.Babayev bildirib ki, buna səbəb Yerin heliosfer cərəyan təbəqəsindən keçməsidir.

O, həmçinin xarici mətbuatda noyabrın əvvəlində Yer kürəsində maqnit qasırğalarının olması iddialarına da münasibət bildirib. Direktor müavini əlavə edib ki, bu cür mötəbər olmayan proqnozlara inanmaq məsləhət deyil: “Çünki ən azı 3-4 gün qabaq verilən proqnoz nisbətən etibarlı olur. Ancaq bizdə olan məlumata görə, noyabrın 2-si və 5-i arası geomaqnit qasırğası gözlənilir. Səbəb Günəşdən gözlənilən yüksək sürətli plazma küləyidir”(report).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa