Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlar qəbuledilməzdir.
Yenicag.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Moskva Ermənistan rəhbərliyinin son açıqladığı bəyanatlardan, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhlərdən son dərəcə narazıdır”, – məlumatda deyilir.
TASS-ın mənbəsi əlavə edib ki, bu məqsədə çatmaq üçün İrəvandan istifadə edərək Rusiyanı süni şəkildə Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa cəhd edilir.
“Rusiya Federasiyası Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahəsində əlaqələri “asılılıq” kimi deyil, bərabərhüquqlu və səmərəli tərəfdaşlıq kimi qiymətləndirir. Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək niyyətində deyil”, – diplomatik mənbə vurğulayıb.
www.yenicag.az