Restorana tək gedən Vüsalə: “Gözləyirlər, görən yanına kim gələcək”
“Amma bilmədim o yeməyi harama yedim”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə öz verilişində deyib.
O, ömründə ilk dəfə restoranda tək oturub yemək yediyini və çox narahatlıq hissi keçirdiyini bildirib:
“Həyatım boyu bircə dəfə şəhərdə tək oturub yemək yemişəm. Çox məşhur restoran idi. Çəkilişlərim üst-üstə idi, ayaq üstə dura bilmirdim, məcbur idim yemək yeməyə. Getdim oturdum. Amma bilmədim o yeməyi harama yedim. Çünki gedən-gələn, baxan çox oldu. Tanınan sima üçün restoranda tək oturub yemək yemək çox çətindir. Kənardan baxıb deyirlər: “Buna bax, filankəs tək oturub”. Gözləyirlər ki, görən yanına kim gələcək”.
Nehru













