Los-Ancelesdə keçirilən “Qızıl qlobus” mükafatının təqdimetmə mərasimində məşhur müğənni Riki Martin də iştirak edib.
Yenicag.az xəbər verir ki, 46 yaşlı müğənni mərasimə erməni əsilli sevgilisi Cvan İoseflə qatılıb. O, Cvanla evlənməyə hazırlaşdıqlarını bildirib:
“İstəyirəm ki, böyük ailəm olsun. İki uşaq atasıyam, lakin daha çox uşaq sahibi olmaq arzusundayam. Hazırda həyatımda dəyişikliklər baş verir, toy hazırlıqları gedir. Bununla əlaqədar çox işim var. Ancaq yaxın zamanda hər şey yoluna düşəcək. Evləndikdən sonra övladlığa uşaq götürmək istəyirik”.
www.yenicag.az