Reklam

Reklam

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir.

Tətil və məzuniyyətlərini xüsusi tərzdə fərqli bir məkanda keçirmək istəyən Bakcell abunəçiləri dünyanın hər yerində “Rixos” otellərindən böyük endirimlər əldə edəbiləcəklər.

Xüsusi kampaniyanın şərtlərinə əsasən, Bakcell “Ulduzum” istifadəçiləri Türkiyə, BƏƏ, Xorvatiya, Misir, Rusiya, İsveçrə və Qazaxıstanda yerləşən “Rixos” və“Kingdom – The Land of Legends”otellərində və “Club PrivebyRixos” villalarında 20% endirimdən yararlanacaqlar.

Bundan əlavə, istifadəçilər həmin otellərdə digər imtiyazlardan yararlanmaq imkanını qazanacaqlar.
Endirimlərdən yararlanmaq üçün müvafiq məkanı seçib “RIXOS” sözünü SMS vasitəsilə 5555 nömrəsinə göndərmək kifayətdir. Abunəçiyə cavab SMS-ində göndərilən promo kod rezervasiya zamanıwww.rixos.comsəhifəsində “PROMO CODE” bölməsinə daxil edilməlidir.

Təklif 2018-ci ilin 30 mart tarixindən 31 dekabr tarixinə qədər qüvvədə olacaq. Başqa endirimlər və ya xüsusi təkliflər qüvvədə olduqda və yaxud otellərin yerləşdiyi ölkələrin bəzi milli bayram günləri və özəl günlərdə bu kampaniyadan yararlanmaq mümkün olmaya bilər.

Təklif barədə daha ətraflı məlumatıwww.ulduzum.azinternet səhifəsindən əldə etmək olar.
2.7 milyon nəfərdən çox abunəçisi və 230-dan artıq tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin tərəfdaş etdiyi şirkətlərin müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

“Bakcell”in təqdim etdiyi “Ulduzum” loyallıq proqramında bütün Bakcell abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur. Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir.

Həmçinin, “Ulduzum” proqramından daha rahat şəkildə istifadə etmək üçün Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.azsaytından yükləmək olar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1459
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."