Keçən ilin sonunda Roma Papası Fransiskə “Lamborghini” şirkəti tərəfindən təmtəraqlı avtomobil hədiyyə edilib.
Yenicag.az bildirir ki, dəyəri 200 min avro olan avtomobil satışa qoyulub.
Pontifikin yaşını və statusunu nəzərə alanda başa düşmək olur ki, o, bu cür avtomobili istifadə etmək niyyətində deyil və bu səbəbdən də maşın məşhur “Sotheby’s” hərrac evində satışa çıxarılıb.
Lüks maşın üçün ilkin olaraq 250-350 min avro qiymət qoyulub. Buna səbəb, avtomobilin Roma Papasına aid olduğu və kapotun üstündə Pontifikin avtoqrafının olmasıdır.
Məlumat üçün bildirək ki, maşın 580 at gücü, 5.2 litrlik V10 gücə malik olan mühərriklə təchiz olunub. O, 3.4 saniyəyə 100-ə qədər sürət yığır və saatda 320 kilometr məsafə qət edə bilir.
Zaur H.
www.yenicag.az