Roma Papası yenə ayaq yudu-Fotolar

media-hightechnic-468x90

87411Katolik dünyasının qeyd etməyə hazırlaşdığı Pasxa bayramı ərəfəsində Roma papası məhkumlarla görüşüb və ayaq yuma ayinini gerçəkləşdirib.

Papa Fransisk “Müqəddəs Cümə axşamı ayini” üçün Romadakı Rebbibia həbsxanasını ziyarət edib. O, 12 məhbusun ayağını yuyub. Onlardan 6-sı qadın, 6-ı kişi olub. Məhbusların bir hissəsi italiyalı olsa da, yarısı fərqli ölkələrdən olub.
Ruhani lider məhkum qadınlardan birinin azyaşlı uşağının da ayaqlarını yuyub.

Xristianların inanclarına görə, Həzrəti İsa çarmıxa çəkilmədən bir gün öncə sevgisini nümayiş etdirmək üçün 12 həvarisinin ayağını yuyub.

O, “Rebbibia” həbsxanasını ziyarət edən 3-cü Papa olub. İlk ziyarət 1983-cü ildə olub. O zaman Papa olan 2. İohan Paul ona sui qəsd hazırlayan Mehmet Əli Ağcanı ziyarət edərək qucaqlamışdı. İkinci ziyarəti 2011-ci ildə Papa 16. Benedikt edib.

Xatırladaq ki, katolik lider keçən il Roma yaxınlığındakı “Don Gnocchi” qocalar evini ziyarət edərək burada qulluğa möhtac olan biri müsəlman olmaqla 12 nəfərin ayağını yumuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600