Ronaldinyo 2000-ci illərin ən yaxşı futbolçusu seçildi

media-hightechnic-468x90

“Barselona”nın və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo 2000-ci illərin ən yaxşı futbolçusu seçilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın “FourFourTwo” jurnalı 50 oyunçunun reytinqini tərtib edib

 

 

Sırf bu müddət ərzində tamaşaların rəyi nəzərə alınıb.

Ronaldinyo Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu olub.

2004 və 2005-ci illərdə Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən dünyanın ən yaxşı futbolçusu seçilib.

Braziliyalı 2005-ci ildə “Qızıl top”u qazanıb.

Müxtəlif vaxtlarda “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, “Fluminense”, “Paris Sen-Jermen” və “Milan”da çıxış edib.

Ronaldinyo 2018-ci ildə təqaüdə çıxıb.

2000-ci illərin ən yaxşı 10 futbolçusu:

1. Ronaldinyo (Braziliya);
2. Zinəddin Zidan (Fransa);
3. Kaka (Braziliya);
4. Tiyeri Anri (Fransa);
5. Kriştianu Ronaldu (Portuqaliya);
6. Xavi (İspaniya);
7. Ronaldo (Braziliya);
8. Andres İnyesta (İspaniya);
9. Zlatan İbrahimoviç (İsveç);
10. Lionel Messi (Argentina).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05