"Nəyə etiraz etdiklərini anlamıram" - Ronaldo

media-hightechnic-468x90

Ötən gecə Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Real” – “Yuventus” oyununda təyin olunan penalti müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, penaltini qola çevirməklə madridliləri yarımfinala adladan Kriştiano Ronaldo sözügedən epizodu şərh edib:

“Yuventus”lu futbolçuların nəyə etiraz etdiklərini anlamıram. Lukası arxadan itələdilər, epizod penalti idi. Tanrıya şükürlər olsun ki, qolu vurdum. Əziyyət çəkdik və öyrəndik. Bu oyun bizə yaxşı dərs oldu. Futbolda hər şey baş verə bilər. Çox qol vura bilərdik, amma Buffon və “Yuventus” çox yaxşı idi”.

Qeyd edək ki, bu qol sayəsində Ronaldo ÇL-dəki qollarının sayını 120-ə yüksəldib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600